YERLƏŞMƏ

Sahil Residence yaşayış kompleksi dəniz səviyyəsindən 25m artıq hündürlükdə, 7 mərtəbəli yaşayış kvartallardan ibarət və tikili sıxlığı aşağı olan Babək rayonunun mərkəzi küçəsində yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi küçənin ortasında yerləşən zərif heykəltəraşlıq ilə bəzədilmiş meydan bu rayonun qəlbi olacaqdır.

Kompleksin əlverişli yerləşməsi Babək prospektinə rahat keçidi təmin edərək, oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Babək rayonunun şimal hissəsində - Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb.

Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Sahil Residence yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.